Binəqədidə təkər və məişət tullantıları yığılmış ərazidə YANĞIN – YENİLƏNDİ
Hadisə
Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
News24.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
**
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
News24.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.