Binəqədidəki yanğından pişik belə xilas edildi – Video

Binəqədidəki yanğından pişik belə xilas edildi – Video Hadisə

Bu gün Bakının Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən yataqxana tipli binada baş verən yanğın zamanı sakinlərlə yanaşı, pişiyin xilas edilməsi görüntüləri sosial mediada böyük diqqət görüb.

News24.az xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdə xilasedicilərin tüstülənmiş binadan pişiyi təhlükəsiz şəkildə çıxardığı əks olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının qarşısını qısa müddətdə alıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır.