"Biz vermirik, getsin, başqa yerdən tələb etsin" - Sahibkarla vətəndaş arasında QALMAQAL – Video

 "Biz vermirik, getsin, başqa yerdən tələb etsin" - Sahibkarla vətəndaş arasında QALMAQAL – Video Hadisə

Bakıda fəaliyyət göstərən “Çaylab” restoranında işlədiyini iddia edən vətəndaş iki aylıq əməkhaqqısını ala bilmədiyini bildirir. Şikayət əsasında aparılan araşdırma zamanı onun əmək müqaviləsi olmadan işlədildiyi müəyyən edilib.

News24.az xəbər verir ki, məhkəmənin qərarı ilə restoran 20 min manat, sahibi isə 3 min manat cərimələnib. Qərar qüvvəyə minməsinə baxmayaraq, vətəndaşa ödənilməli olan 2961 manat hələ də verilməyib.

Şikayətçi bildirir ki, restoranın VÖEN-i bağlansa da, obyekt faktiki olaraq fəaliyyətini davam etdirir. Qarşı tərəf isə məhkəmə qərarından xəbərdar olmadığını iddia edir.

Daha ətraflı süjetdə: