Biznesmen Cəbrayılov buna görə canına qəsd edibmiş

Biznesmen Cəbrayılov buna görə canına qəsd edibmiş Hadisə

Rusiyalı çeçen əsilli iş adamı və keçmiş senator Ömər Cəbrayılovun intiharının səbəblərindən biri narkotik asılılığı və biznes problemləri ilə əlaqəli depressiya olub.

News24.az xəbər verir ki, biznesmenin qadağan olunmuş maddələrdən istifadə nəticəsində burun arakəsməsinin toxumalarında nekroz başlayıb. O, plastik əməliyyat etdirməyə çalışsa da, bu kömək etməyib və nəticədə psixoloji vəziyyəti daha da pisləşib.

Cəbrayılovun tanışlarının sözlərinə görə, o, öz görünüşünə çox diqqət yetirib və həmişə yaxşı görünməyə çalışıb. Uğursuz plastik əməliyyatdan sonra isə dəyişmiş xarici görünüşü ilə bağlı insanların ona diqqətinə qarşı çox həssas reaksiya verməyə başlayıb.

Bu vəziyyət narkotik istifadəsinin yaratdığı depressiya və biznesdəki uğursuzluqlarla daha da ağırlaşıb.

Qeyd edək ki, keçmiş milyonçu 2 martda Moskvada, Tverskaya küçəsində yerləşən hotellərdən birində intihar edib.

O, bundan əvvəl də 2020-ci ildə intihara cəhd etmişdi, lakin həmin vaxt sahibkar xilas edilmişdi. /Mash