BMT-nin Qəzzada 151 əməkdaşı öldürülüb - – “BU, HƏLƏ SON DEYİL”

BMT-nin Qəzzada 151 əməkdaşı öldürülüb - – “BU, HƏLƏ SON DEYİL” Hadisə

“Oktyabrın 7-dən Qəzza bölgəsində BMT-nin 151 nəfər əməkdaşı öldürülüb”. 

News24.az xəbər verir ki, bu barədə Fələstinli Qaçqınlara Yardım Agentliyinin hesabatında bildirilib. 

O da qeyd olunub ki, atışma nəticəsində 334 məcburi köçkün qətlə yetirilib, 1159 nəfər isə yaralanıb. 

Bununla yanaşı, təşkilata aid 137 obyektə ziyan dəyib:

“Təmsil etdiyimiz qurum hər zaman olduğu kimi analoji hadisələrin qurbanlarının sayı ilə bağlı dəqiqləşmə aparır. Bir daha qeyd edirik ki, bu, hələ yekun rəqəmlər deyil”.

Fərid Azəri