Boşanma mübahisəsi iki nəfərin ölümü ilə nəticələndi
Hadisə
Türkiyənin Trabzon şəhərində baş vermiş ailə faciəsi iki nəfərin ölümünə səbəb olub.
News24.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Toklu məhəlləsində qeydə alınıb.
İddialara görə, boşanmaqda olan Şenol Bostan ilə həyat yoldaşı İrem Bostan arasında mübahisə yaşanıb. Bundan sonra Şenol Bostan əvvəlcə həyat yoldaşını silahla öldürüb, daha sonra özünə atəş açaraq intihar edib.
Hadisə yerinə çağırılan tibb və polis əməkdaşları hər iki şəxsin öldüyünü təsdiqləyiblər. Prokurorluğun ilkin araşdırmasından sonra meyitlər morqa aparılıb.
Faktla bağlı araşdırma davam edir.