Braziliyada 62 nəfərin olduğu təyyarə qəzaya uğradı: - VİDEO - YENİLƏNİB
Hadisə
Braziliyada təyyarənin düşməsindən heç kim sağ qalmayıb.
News24.az xəbər verir ki, bu barədə Vineydu şəhərinin prefekturası məlumat yayıb.
Təyyarə Kaskaveldən (Parana ştatı) 58 sərnişin və dörd heyət üzvü ilə Quarulyos (San Paulo ) istiqamətində uçurmuş. Vineydu şəhərinin yaşayış yerlərindən birinə düşüb. Hadisə zamanı şəhərin təyyarənin düşdüyü ərazidəki heç bir sakini xəsarət almayıb.
Qəzanın səbəbləri məlum deyil.
Braziliyada göyərtəsində 62 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.
News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində baş verib.
Təyyarədə 58 sərnişin və 4 ekipaj üzvünün olduğu deyilir. Qeyd olunub ki, qəzaya uğrayan Kaskavel şəhərindən Quarulhosa uçan ATR-72 sərnişin təyyarəsidir.
Qəzanını baş vermə səbəbi, ölənlər və ya xəsarət alanlar haqqında məlumat verməyib.