Bu məhkəmənin şöbə rəisi vəfat etdi

Bu məhkəmənin şöbə rəisi vəfat etdi Hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi Mübariz Abdullayev vəfat edib.

News24.az xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.

Mərhum uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, M.Abdullayev 2024-cü ildə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinə rəis təyin edilmişdi.(ehuquq)