Bu ölkə Erasmus+ proqramına qayıdır

Bu ölkə Erasmus+ proqramına qayıdır Hadisə

Böyük Britaniya 2027-ci ildən etibarən Aİ-nin “Erasmus+” təhsil proqramına yenidən qoşulacaq.

News24.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, Aİ və Böyük Britaniya yenilənmiş strateji tərəfdaşlıq çərçivəsində Erasmus+ üzrə danışıqları başa çatdırıblar. Fon der Leyen bildirib ki, bu addım yeni ortaq təcrübələrə və uzunmüddətli dostluqlara imkan yaradacaq.