Buzlaq uçdu, turist öldü

Buzlaq uçdu, turist öldü Hadisə

Ötən gün İslandiyada 25 nəfərlik bir qrup bələdçi ilə buz mağarasını ziyarət edərkən buzlaq çöküb. İki xarici turist itkin düşüb, bir nəfər isə vəfat edib.

News24.az xəbər verir ki, çətin şəraitlə əlaqədar Breidamerkurjokull buzlaqında itkin düşənlərin axtarışı səhərə qədər dayandırılıb.

Təcili yardım briqadaları itkin düşənləri xilas etmək üçün əl-ələ verib.

Yerli polis rəisi hadisə yerindəki vəziyyəti ümumiləşdirərək, "Şərait çox çətindir. Biz buzlaqın içində olduğumuz üçün avadanlıq gətirmək çətindir. Hər şey əl ilə edilir. Eyni zamanda, bazar günü xilasetmə əməliyyatında 200 nəfərin çalışıb. Lakin itkin düşənlərlə hələki əlaqə yaradılmayıb" deyib.

Polis rəisi bütün qrupun xarici turistlərdən ibarət olduğunu və mağara turunu ləğv etmək üçün heç bir səbəb olmadığını bildirib. O, buz mağarasına turların il boyu keçirildiyini və bu cür hadisələrin bəxtsizlikdən baş verə biləcəyini bildirib.


Günel Məlikzadə