"Canım yana-yana balamı daşa həkk elədim" - NƏRMİNİN MƏZARININ ÜSTÜ GÖTÜRÜLDÜ -VİDEO

"Canım yana-yana balamı daşa həkk elədim" - NƏRMİNİN MƏZARININ ÜSTÜ GÖTÜRÜLDÜ -VİDEO Hadisə
Tovuzun Dondar Quşçu kəndində öldürülüb yandırılan Nərmin Quliyevanın məzarının üstü götürülüb.

Bu haqda Nərminin atası Şərif Quliyev News24.az-a məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərdə Nərminin 40 mərasimi olacaq. Və ailə həmin günədək qəbir daşının qoyulmasına çalışıb: “İstəyirdik 40 mərasiminə qədər Nərminin qəbri götürülsün. Nəhayət, düzəldi. Canım yana-yana balamı daşa həkk elədim. Üstünə gül qoyduq, dua oxuduq. Bu, bizim onun üçün edə biləcəyimiz son şeydir. Bir də qatilinin cəzalandığını görsəm, bəlkə ürəyim bir az soyuyar”.