“Cavanşir” körpüsü SÖKÜLÜR - CANLI
Hadisə
Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsü sökülür.
News24.az xəbər verir ki, artıq söküntüyə başlanıb.
Bununla əlaqədar olaraq saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, istiqamət dəyişdirilir.
Kompleks işlər çərçivəsində nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq.