Cəlilabad sakini Bakıda dəm qazından zəhərləndi

Cəlilabad sakini Bakıda dəm qazından zəhərləndi Hadisə

Cəlilabad sakini bədbəxt hadisənin qurbanı olub.

News24.az xəbər verir ki, Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Qəhrəman Yadigar oğlu Bakı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Mərhumun nəşi doğulduğu Cəlilabad rayonunun Maşlıq kəndində torpağa tapşırılacaq. (Teleqraf)