Cəlilabadda ağır qəza - ÖLƏN VAR

Cəlilabadda ağır qəza - ÖLƏN VAR Hadisə

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Səbran Əliyevin idarə etdiyi "Kia Rio" markalı avtomobil Kamran Quliyevin idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. "Changan" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə, martın 17-də saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib: "Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 02:00 radələrində 1991-ci il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alıb. Digər xəsarət alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar". (apa)