Cəlilabadda avtomobil aşdı, xəsarət alan var - Yeniləndi

Cəlilabadda avtomobil aşdı, xəsarət alan var - Yeniləndi Hadisə

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 142-ci km-dəŞ Cəlilabad rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.(APA)

14:08


"Noyabrın 24-ü saat 13:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib:

"Ona başın təpə nahiyəsinin əzilmiş, cırılmış yarası, çanaq və baldırın küt travması, sağ baldırın orta 1/3-də qapalı qəlpəli yerdəyişmiş sınıq diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".