Cəlilabadda elektriki "tok" vurub öldürdü
Hadisə
Cəlilabadda kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
News24.az xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, elektrik Fariz Məmmədov dirəkdə təmir-bərpa işləri apararkən, elektrik enerjisinin verilməsi nəticəsində onu cərəyan vurub.
Ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)