Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNDİ

Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNDİ Hadisə

Cəlilabad rayonunda əmisi tərəfindən balta xəsarətləri alan şəxs ölüb. 

News24.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyeva həkimlərin səylərinə baxmayaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabadda balta hücumuna məruz qalan uşaqların şəxsiyyəti bilinib. 

News24.az xəbər verir ki,  onlar 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və  2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində kənd sakini şəxsi münasibətlər zəminində azyaşlı qohumlarına hücum edib.

News24.az-ın məlumatına görə, əmi 12 yaşlı qardaşı qızına və 14 yaşlı qardaşı oğluna kəsici alətlə xəsarətlər yetirib. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq aparılır.