Cəlilabadda fərdi yaşayış evi yandı

Cəlilabadda fərdi yaşayış evi yandı Hadisə

Cəlilabad rayonunda ev yanıb.

News24.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cəfərli kəndində baş verib.

Belə ki, kənd sakini Mirsayid Məmmədova məxsus birmərtəbəli fərdi yaşayış evində qəfil yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlərlə yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ev tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.