Cəlilabadda itkin düşən gənc qız..
Hadisə
Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapılıb.
News24.az "Report"a istinadən xəbər verir ki, rayon sakini L.Hüseynovanın mayın 15-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Bakı şəhərində olduğu müəyyən edilib.