Cəlilabadda MÜƏMMALI HADİSƏ - 20 yaşlı qız qardaşının evində öldü

Cəlilabadda MÜƏMMALI HADİSƏ - 20 yaşlı qız qardaşının evində öldü Hadisə

Cəlilabad rayonunda gənc qızın ölümü ilə bağlı araşdırma aparılır.

News24.az xəbər verir ki, martın 12-də saat 06:00 radələrində Cəlilabad rayonunun Sabirabad kənd sakini, 2006-cı il təvəllüdlü Gülnarə Vüqar qızı Əliyeva kənd ərazisində qardaşına məxsus evdə ölü halda aşkarlanıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma Cəlilabad Rayon Prokurorluğu tərəfindən aparılır.

Yaşar Araz