Cəlilabadda qəza: avtomobil işıq dirəyinə çırpıldı – FOTO
Hadisə
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarında yerləşən işıq dirəyinə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə və elektrik təsərrüfatına maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (Unikal)