Son dəqiqə! Çaydan meyit - TAPILDI

Son dəqiqə! Çaydan meyit - TAPILDI Hadisə
Füzuli rayonunda çayda batan 11 yaşlı qızın axtarışı başa çatıb.

News24.az xəbər verir ki, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan Məmmədova Aysun Arzu qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən  tapılıb.

A.Məmmədovanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.