Çexiyada qatarlar toqquşdu: - yaralanan var

Çexiyada qatarlar toqquşdu: - yaralanan var Hadisə


Çexiyanın Çeska Trşebova şəhəri yaxınlığında iki yük qatarı toqquşub, bir nəfər xəsarət alıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Depoda baş verən toqquşma nəticəsində altı yük vaqonu relsdən çıxıb.

Dəymiş zərər azı 150 milyon kron (təxminən 7 milyon dollar) qiymətləndirilir.

Bildirilib ki, yük qatarının maşinisti qırmızı işıqda keçib və nəticədə dayanmış digər yük qatarına çırpılıb.