"Cloudflare"dəki nasazlıq “X” və “ChatGPT”ni də vurdu
Hadisə
“Cloudflare” qlobal servisin işindəki nasazlıq “X” və “ChatGPT”nin də işini sıradan çıxarıb.
News24.az xəbər verir ki, “Cloudflare” operatorunun özündən verilən məlumata görə, texniki nasazlıq bir sıra iri şirkətlərin, çox sayda saytların işini ləngidib.
“Mövcud problemlə bağlı məlumatlıyıq. Araşdırma aparırıq”, – deyə şirkətdən bildirilib.
Nasazlıq qeydə alınandan bir neçə dəqiqə sonra şirkət problemin qismən aradan qaldırılması barədə açıqlama verib, lakin mümkün yanlışlıqlar barədə xəbərdarlıq edib.
Qeyd edək ki, “Cloudflare” dünya üzrə saytların 20 faizinə xidmət göstərir. Bu gün baş verən nasazlıq səbəbilə Azərbaycanda da bir sıra saytlara giriş bir neçə saatlıq mümkün olmayıb.