"Cüzi məbləğdir, lazım bilsəm, ödəyərdim" - Yazıçı AYB-yə üzvlükdən imtina etdi
Hadisə
Yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edib.
News24.az xəbər verir, bu barədə ədib özünün "Facebook" hesabında məlumat yayıb. Bildirib ki, qurumun üzvlük məsələsi ilə bağlı son qərarını verib:
“AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram...
Nə isə... Fikrimi ilk dəfə burdan bildirirəm: xoşca qalın, getdim...”