Daha bir nəfər dəm qazının qurbanı oldu
Hadisə
Azərbaycanda daha bir nəfər dəm qazından zəhərlənib.
News24.az xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Abşeron rayonu Yeni massiv adlanan ərazidə baş verib.
1981-ci il təvəllüdlü Elmidar Fikrət oğlu Usubov yaşadığı evdə qızdırıcı sobadan ayrılan dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu ilin yanvar ayında 20-yə yaxın şəxs dəm qazının qurbanı olub.