Daşkəsən sakinini Şəmkirdə bıçaqladılar

Daşkəsən sakinini Şəmkirdə bıçaqladılar Hadisə

Şəmkirdə 23 yaşlı gənc bıçaq xəsarəti alıb. 


News24.az xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.  


Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1997-ci il təvəllüdlü İsmayılov Ərşad Vaqif oğlu kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.  


Hadisə Şəmkirdə yerləşən istixanaların birində qeydə alınıb. 


Faktla bağlı araşdırma aparılır.