Daşkəsəndə 3 min manatlıq mal-qara oğurlayanlar tutuldu
Hadisə
Daşkəsəndə mal-qara oğruları tutulub.
News24.az xəbər verir ki, rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında Daşkəsən rayonun Bayan kəndində yaşayan Kəlbəcər sakini Asif Kərimova məxsus 3 min manat dəyərində 3 baş iribuynuzlu heyvanı otlaq sahəsindən oğurlayan 2 nəfər saxlanılıb.
Araşdırmalar zamanı mal-qaranı otlaqdan oğurlayan zərərçəkənin həmyerlisi 45 yaşlı Sahib İsmayılov və Göygöl rayonunda qeydiyyatda olan 31 yaşlı Neməddin Cəlalov olduğu müəyyənləşib. Onlar qabaqcadan əlbir olaraq qrup şəklində heyvanları oğurlayıblar. Faktla bağlı araşdırma aparılır.