Daşkəsəndə seldən sonra yol çökdü

Daşkəsəndə seldən sonra yol çökdü Hadisə

Daşkəsən rayonunda güclü yağışların və sel sularının yaratdığı fəsadlar nəticəsində yol çöküb.

News24.az xəbər verir ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunda sel sularının təsiri ilə iri yarğanlar əmələ gəlib.

Nəticədə yolun bir hissəsi, eləcə də asfalt örtüyü tamamilə çöküb.

Hazırda hadisə yerinə 31 saylı Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Ərazidə vəziyyət qiymətləndirilir, çökmənin miqyası araşdırılır.

Yolun bir tərəfindən istifadə etmək mümkündür. Sürücülərə həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları və aidiyyəti qurumların xəbərdarlıqlarını nəzərə almaları tövsiyə olunur./report

Daşkəsəndə seldən sonra yol çökdü