Dəhşətli hadisə "Absheron Residence"də baş veribmiş -FOTO
Hadisə
Yanvarın 23-də Xırdalanda 66 yaşlı kişinin öldüyü dəhşətli hadisənin təfərrüatları məlum olub.
News24.az-ın əldə etdiyi məlumata görə, 1960-cı il təvəllüdlü Asif Məmmədov Həsən Əliyev küçəsi 89 ünvanındakı binada təmir ustası kimi işləyirmiş. O, yuxarı mərtəbəyə çarxlı yükqaldırıcı ilı təmir materialları göndərərkən yükün bir hissəsi başına düşüb. 66 yaşlı tikinti işçisi aldığı xəsarətlərdən həlak olub.
Müəyyən edilib ki, hazırda "Absheron Residence" adlanan kompleks ötən ilədək "Lake Park Xırdalan" adlanıb. 4 binanın olduğu kompleks "Fatima B" MMC tərəfindən inşa edilir.
Faktla bağlı cinayət işi açılıb. Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Yaşar Araz