Dəhşətli hadisə anbaan kameraya düşdü: 2 nəfər öldürüldü

Dəhşətli hadisə anbaan kameraya düşdü: 2 nəfər öldürüldü Hadisə

Türkiyənin Diyarbəkir şəhərində qəssab dükanında iki qrup arasında baş verən silahlı insident nəticəsində Zülfü Coşan və Ensari Coşan həyatını itirib, daha iki nəfər yaralanıb.

News24.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında yaranan mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib. Davanın küçəyə sıçraması ilə ətrafdakı insanlar təlaş içində qaçıblar.

Sosial şəbəkədə yayılan görüntülərdə iki nəfərin yerdə uzandığı, bir nəfərin silahla atəş açdığı, digərinin isə yerdəki adama hücum etdiyi anlar əks olunub. Kadrlarda silahlı şəxsin avtomobillə hadisə yerindən uzaqlaşdığı da görünür.

Polis hadisə ilə bağlı istintaqa başlayıb və qaçan şübhəlilərin saxlanılması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir.