Dəhşətli qəza: Ölən və xəsarət alanlar var - Fotolar - Yeniləndi

Dəhşətli qəza: Ölən və xəsarət alanlar var - Fotolar - Yeniləndi Hadisə

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayonun Noxudlu kəndində iki “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


"Salyan rayonunun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) yanvarın 5-i saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:

"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb".

Dəhşətli qəza: Ölən və xəsarət alanlar var - Fotolar - Yeniləndi