Dəhşətli yanğından son görüntülər - Video
Hadisə
Ötən gün Yasamaldakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı sosial şəbəkələrdə yeni görüntülər yayılıb.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, kadrlarda yanğının baş verdiyi yer kimi göstərilən “Loft Dent” stomatoloji klinikasının yanğından sonrakı vəziyyəti əks olunub.
Görüntülərdə klinikanın bir neçə otağının yandığı, avadanlıqların isə istifadəyə yararsız hala düşdüyü görünür.
Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 20-dən çox sakin isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Həmin görüntüləri təqdim edirik: