Dəhşət: Həşəratın dişləməsindən sonra hər iki ayağını itirdi
Hadisə
Qadın naməlum həşəratın dişləməsi nəticəsində hər iki ayağını itirib.
News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, bu barədə qadın özü danışıb.
İrlandiyalı altı uşaq anası Djozi Rouli 2023-cü ilin sentyabrında bitkilərinə qulluq edərkən iki sancma hiss edib.
Həmin axşam 69 yaşlı qadın ayağında ağcaqanad dişləməsi boyda iki qırmızı ləkə aşkar edib. Sonrakı günlərdə izlər böyüyüb. Rouli daha sonra həkimin təyin etdiyi antibiotiklər və ağrıkəsicilərdən istifadə edib.
Lakin bu, onun simptomlarını aradan qaldırmağa kömək etməyib. Daha sonra xəstəxanada infeksiya ilə mübarizə aparmaq üçün qadına sıxılma bandajları qoyulub və o, zəli ilə üç kurs müalicə olunub.
Lakin sarğılar qan dövranını o qədər ləngidib ki, qadının ayaq barmaqları qaralıb. Hər iki ayağı növbə ilə dizdən yuxarı amputasiya edilməli idi.
Djozi baş verənlərdən məyus olduğunu və naməlum həşərat dişləməsi kimi kiçik bir şeyin belə əhəmiyyətli zərər verə biləcəyinə inanmadığını söyləyib. “Bir ayağımının amputasiyası ilə hələ barışmışam, amma ikinci ayağını kəsəndə… İllər keçdikcə dəfələrlə dişləmişəm, həşəratların daha təhlükəli olduğu ölkələrdə yaşamışam. Bunun sizin öz bağınızda baş verə biləcəyini təsəvvür etmək mümkün deyil”, – deyə qadın bildirib.