DƏHŞƏT: Maskalı şəxslər uşaq parkını qana boyadı

DƏHŞƏT: Maskalı şəxslər uşaq parkını qana boyadı Hadisə

İstanbulun uşaq meydançasına gələn iki maskalı şübhəli skamyada oturan 3 nəfəri güllələyib.

News24.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, parkda oynayan biri uşaq olmaqla 3 nəfər yaralanıb.

İki maskalı şübhəli uşaq meydançasına gələrək skamyada oturan 21 yaşlı Fatih K. , 16 yaşlı Utku K. və 22 yaşlı Yüksel E.-ni güllələyib. 6 yaşlı Mustafa Ş. də parkda oynayarkən qolundan güllə yarsı alıb. Xəbərdarlıqdan sonra hadisə yerinə polis və təcili yardım göndərilib.

Vəziyyəti ağır olan və ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılan Fatih K. həyatını itirib. Polis qaçan şübhəlilərin tutulması üçün işlərini davam etdirir./medianews


DƏHŞƏT: Maskalı şəxslər uşaq parkını qana boyadı