Dəhşətli qəzada ölən Nazlının - FOTOSU
Hadisə
Bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, hadisə nəticəsində piyadalardan biri - 2005-ci il təvəllüdlü Nazlı Rövşən qızı Hüseynova aldığı xəsarətlərdən vəfat edib, digər piyada İmamrza Çingiz oğlu Sadıqzadə isə xəsarət alıb.