Dəm qazı daha bir can aldı

Dəm qazı daha bir can aldı Hadisə

Bakıda 64 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

News24.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı R.Quliyev küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.(apa)