Dəmir parçası ilə döyülən qadın xəstəxanada - VƏFAT ETDİ

Dəmir parçası ilə döyülən qadın xəstəxanada - VƏFAT ETDİ Hadisə

Sumqayıtda qonşusu tərəfindən dəmir parçası ilə döyülən qadın xəstəxanada ölüb.

News24.az xəbər verir ki, bu barədə informasiyanı Sumqayıt Tibb Mərkəzi yayıb.

Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.

Qapalı kəllə-beyin travması diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağır olub.

Həkimlərin səylərinə baxmayaraq, yaralı bu gün saat 08:00 radələrində müalicə aldığı xəstəxanada həyatını itirib.