Dənizdə batan şəxsi necə xilas etmək olar? - Mütəxəssis açıqladı

Dənizdə batan şəxsi necə xilas etmək olar? - Mütəxəssis açıqladı Hadisə

Dənizdə boğulan insana kömək etməyin yolu açıqlanıb.

News24.az xəbər verir ki, rusiyalı xilasedici və təcili tibbi yardım mütəxəssisi Dmitri Mikryukov boğulan insana kömək edərkən ilk növbədə öz təhlükəsizliyini qorumağın vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, boğulan insan təşviş içində xilasedicidən yapışaraq onu da suya çəkə bilər. Buna görə də, insana birbaşa yaxınlaşmaq əvəzinə xilasedici dairə, jilet, kəndir və ya su üzərində qalan hər hansı əşya uzatmaq tövsiyə olunur.

Əgər üzməyi bacarmırsınızsa, suya girməyin. Ətrafdakıların diqqətini cəlb edin və dərhal təcili yardım çağırın.

Şəxs sudan çıxarıldıqdan sonra huşsuz, lakin nəfəs alırsa, onu yan çevirin və həkim gələnədək vəziyyətini izləyin. Nə huşu, nə də nəfəsi varsa, dərhal ürək-ağciyər reanimasiyasına başlayın. Mütəxəssis vurğulayıb ki, nəfəs yollarındakı suyu çıxarmaq üçün vaxt itirmək lazım deyil.