Dodaq dolğusuna görə uşağını canından etdi
Hadisə
ABŞ-də iki azyaşlı uşağını maşında qoyaraq gözəllik proseduruna gedən gənc ana həbs cəzası alıb.
News24.az xəbər verir ki, hadisə Kaliforniya ştatında baş verib. 20 yaşlı Maya Hernandez 1 yaşlı oğlu Amillio Qutyerrezin ölümünə səbəb olmaqda təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə sənədlərinə görə, hadisə 29 iyun 2025-ci ildə baş verib. Hernandez dodaq dolğusu etdirmək üçün gözəllik salonuna gedərkən 1 və 2 yaşlı övladlarını park edilmiş avtomobildə uşaq oturacaqlarında qoyaraq oradan uzaqlaşıb.
Uşaqlar təxminən iki saat avtomobildə tək qalıb. Anası geri qayıtdıqda 1 yaşlı Amillio huşsuz vəziyyətdə tapılıb. Bədən temperaturu 41 dərəcəyə çatan körpə dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Avtomobildə olan 2 yaşlı qardaşının bədən temperaturunun isə 37 dərəcə olduğu bildirilib.
Məhkəmə hökmünə əsasən, Hernandez 15 il həbs cəzasına məhkum edilib.