Döyüşlərdə daha bir azərbaycanlı həlak oldu

Döyüşlərdə daha bir azərbaycanlı həlak oldu Hadisə

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

News24.az Sfera.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Mustafayev Şahmar Elianur oğlu gedən döyüşlərdə ölüb.

Hazırda yaxınları 37 yaşlı həmyerlimizin nəşini Rusiyadan gətirməyə çalışırlar.

Məlumat üçün bildirək ki, Ş. Musyafayev cari ilin fevral ayından Rusiya-Ukrayna müharibəsinə qatılmışdı.