Dron yaşayış binasına düşdü - yaralanan var
Hadisə
Saratova hücum zamanı dron 38 mərtəbəli “Volqa Sky” yaşayış kompleksinə düşüb.
News24.az xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busargin öz Telegram kanalında məlumat verib.
Dron Predmostovaya meydanında yerləşən yaşayış kompleksində bir neçə mənzilə ziyan vurub. Hadisə nəticəsində yaralanan şəxslərdən biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qubernator qeyd edib ki, dəymiş ziyanın qiymətləndirilməsi üçün binanın konstruksiyasına operativ şəkildə baxış keçirilməsi aidiyyəti strukturlara tapşırılıb. Zərər çəkmiş mənzillərin sakinləri qalmaq üçün yerlə təmin olunacaqlar. Onlara kompensasiya da ödəniləcək.
Qeyd edək ki, hazırda təcili yardım xidmətləri hadisə yerindədir.
Məryəm İlhamqızı