DTX-də dindirilən Gültəkin Hacıbəyli sərbəst buraxıldı – Yeniləndi
Hadisə
Gültəkin Hacıbəyli sərbəst buraxılıb.
News24.az xəbər verir ki, Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verdikdən sonra sərbəst buraxılıb. (APA)
**
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.
News24.az xəbər verir ki, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində əməliyyat tədbirləri həyata keçirilib.
İstintaq çərçivəsində G.Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb.
Sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.(qafqazinfo)