Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı – FOTO
Hadisə
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.