Bu şəxs əcnəbi vətəndaş və onun azyaşlı övladlarının başına oyun açdı

Bu şəxs əcnəbi vətəndaş və onun azyaşlı övladlarının başına oyun açdı Hadisə
Əcnəbi vətəndaşı və onun azyaşlı övladlarını məcburi əməyə məruz qoyan şəxs məhkum edilib. 

News24.az xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaş olan bir qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulmuşdur.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.   

Məhkəmənin hökmünə əsasən M.Babakişiyev Cinayət Məcəlləsinin həmin  maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir.