Egey dənizində güclü zəlzələ oldu

Egey dənizində güclü zəlzələ oldu Hadisə

Egey dənizində 5 maqnitudalı zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.

Zəlzələ yerli vaxtla 10:49-da qeydə alınıb./teleqraf