Əhəd Abıyevə ağır itki üz verdi - FOTO

Əhəd Abıyevə ağır itki üz verdi - FOTO Hadisə

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı vəfat edib.

News24.az xəbər verir ki, onun qardaşı Nadir Abıyev dünən 73 yaşında Masallıda vəfat edib.

N.Abıyevin uzun sürən onkoloji xəstəlikdən əziyyət çəkməsi və bir neçə gün əvvəl müalicə aldığı Türkiyədən vətənə gətirildiyi məlum olub.

Mərhum fevralın 1-də Masallı şəhər qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Nadir Abıyevin yanvarın 28-də vəfat etməsi barədə xəbərlər yayılsa da, həmin məlumat təsdiqini tapmamışdı.

Yaşar Araz

Əhəd Abıyevə ağır itki üz verdi - FOTO