Elektrik naqilləri ilə oynayan yeniyetməni "tok" vurdu
Hadisə
Goranboyda yeniyetməni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.
News24.az xəbər verir ki, hadisə rayonun Todan kəndində qeydə alınıb. Belə ki kənd sakini 2013-cü il təvəllüdlü Y.Əliyev huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona müayinə zamanı başının çoxsaylı açıq yarası və bədənin müxtəlif travması diaqnozu qoyulub. Yeniyetməyə dərhal xəstəxanada yardım edilib. Hazırda 13 yaşlı yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, 13 yaşlı oğlanı yaşadığı evdə elektrik cərəyanı vurub. Yaxınlarınnın sözlərinə görə, hadisə yeniyetmə elektrik naqilləri ilə oynayarkən ehtiyatsızlıqdan baş verib. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Fakt araşdırılır.(unikal)