Əli ətçəkən maşında qalan azyaşlı - XİLAS EDİLDİ

Əli ətçəkən maşında qalan azyaşlı - XİLAS EDİLDİ Hadisə
Şirvan şəhərində bir azyaşlının əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.