Emil Əsgərov faciəvi şəkildə vəfat etdi

Emil Əsgərov faciəvi şəkildə vəfat etdi Hadisə

Bu gün saat 13 radələrində Şamaxının Əngəxəran kəndi ərazisində ağır yol qəzası baş verib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki,  "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sükan arxasında olan 2008-ci il təvəllüdlü Emil Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.